31.03.2016. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.

ÇapE-poçt

31 Mart 2016-cı il tarixdə Naxçivan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə çıxışlar zamanı bildirilmişdir ki, 1918-ci ilin mart hadisələri zamanı Bakıda,  Qubada,  Şamaxıda, Göyçay qəzasında, Gəncədə, Qarabağda, Zəngəzurda, İrəvanda,  Naxçıvanda on minlərlə əliyalın, dinc azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub. Məhz Quba məzarlığının aşkarlanması qondarma “erməni soyqırımı” uydurması ilə beynəlxalq birliyi aldadan ermənilərə və onların havadarlarına zamanın verdiyi cavab oldu.

Vurğulanmışdır ki, 31 mart 1918-ci il soyqırımı öz hüquqi və dolğun qiymətini məhz xalqımızın ümummilli lideri  Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə alıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərman dünyanın diqqətini tarixən Azərbaycan xalqının başına gətirilən faciələrə, soyqırımlara yönəldib. Bundan sonra hər il martın 31-i ölkəmizdə, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlayıb.

Sonda soyqırım qurbanlarına həsr olunmuş “Tarixin bir günü-bir günün tarixi” sənədli filmi nümayiş etdirilib.

Joomla 1.5