26.03.2016. Rəsm qalereyasına baxış olmuşdur.

ÇapE-poçt

Mart ayının 26-da “Muzey günləri” ənənəsini davam etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivinin növbəti dayanacağı Heydər Əliyev Sarayında nümayiş etdirilən rəsm qalareyası oldu.

Qalereyaya baxış zamanı bildirildi ki, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış qalereyada Azərbaycan, o cümlədən Naxçıvan rəssamlarının 300-ə yaxın əsəri nümayiş etdirilir. Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən "Ulu öndər", "Zərifə Əliyeva", "21-ci əsr-Heydər Əliyev" əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır. Qalereyadakı digər maraqlı əsərlər də Azərbaycan, o cümlədən Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycanın reallıqlarını dolğun əks etdirir.

Joomla 1.5