26.02.2016. Xocalı soyqırımının 24-cü ildönümü ehtiramla yad edilmişdir.

ÇapE-poçt

Fevralın 26-da Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində bir sıra tədbirlər həyata keçirilmişdir. Xidmət əməkdaşları ilk öncə Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində təşkil edilən dövlət tədbirində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad etmiş, soyqırım abidəsinin önünə gül qoymuşlar.

Daha sonra anım mərasimi Xidmətin inizbati binasında davam etdirilmişdir.

Tədbirdə çıxışlar zamanı bildirilmişdir ki, XX əsrin faciəsi olan-Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə qətlə yetiriblər.

Sonra ermənilərin Xocalıda törətdiyi qətliamdan bəhs edən “Xoca” filmi nümayiş etdirilmişdir.

Joomla 1.5