03.02.2016. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının istifadəçisidir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq elektron məlumat bankı yaradılıb.  Bu məqsədlə də fevral ayının 2-də muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası haqqında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən seminarda mərkəzi və yerli icra hakimiyyətinin orqanlarının nümayəndələri ilə yanaşı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən də nümayəndə iştirak edib. Seminarda tədbir iştirakçılarına elektron məlumat bankından istifadə qaydaları izah olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti də bu sahədə üzərinə düşən vəzifələri səylə yerinə yetirir. Belə ki, Xidmətdə elektron məlumat bankına uşaqlar haqqında məlumat bazası və bu bazaya məlumatların daxil edilməsi üçün mərkəzi serverə qoşulu olan əlavə kompüter istifadəyə verilib.

Elektron məlumat bankının istifadəçisi olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na əlavə olaraq elektron anket formasının 16-cı və 17-ci bəndləri cavablandırılacaq. Bu bəndlərə uyğun olaraq əcnəbi və ya vətəndaşlığı olmayan uşaqların valideynlərinin məşğulluq vəziyyəti barədə məlumatlar Xidmət tərəfindən elektron məlumat bankına daxil ediləcək.

Joomla 1.5