29.01.2016. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” mövzusunda maarifləndirici tədbir keçirilib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xidmətin əməkdaşlarından Rahib Kərimovun və Samir Sadiqovun çıxışları olub. Çıxışlarda iştirakçılara əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, onların hüquqi vəziyyətinin əsasları, Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaları və müvəqqəti olmaları ilə bağlı qanunvericiliyin tələbləri, hüquqları, azadlıqları və vəzifələri haqda ətraflı məlumat verilib.

Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalıdırlar. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə ölkə ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Joomla 1.5