29.12.2015. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

29.12.2015. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov məruzə edərək bildirib ki, hesabat dövründə muxtar respublika ərazisində qanunsuz yaşayan 299 əcnəbi aşkarlanıb. Bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı Xidmətə, ümumilikdə, 11 min 837 müraciət daxil olub. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə elektron qaydada, ümumilikdə, 2836 müraciət ünvanlanıb. Daxil olmuş hər bir müraciət Xidmət tərəfindən operativliklə cavablandırılıb.

Vurğulanmışdır ki, bu il Xidmətə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 701, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı isə 7 müraciət daxil olub. 2015-ci ildə Dövlət Miqrasiya Xidməti üçün yeni inzibati binanın istifadəyə verilməsinin quruma göstərilən diqqət və qayğının təzahürü olduğunu bildirən Elnur Məmmədov Xidmət əməkdaşlarının qarşıdan gələn ildə də mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq qarşıya qoyulmuş vəzifələrin qüsursuz, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklərinə əminliyini ifadə edib.

Dövlət Miqrasiya Xidmətinin illik fəaliyyəti ilə bağlı slaydların nümayiş etdirildiyi tədbirdə Xidmət əməkdaşlarından Əfqan Əliyevin, Rahib Kərimovun, Şahin Nəbiyevin, Aysel Əliyevanın, İlkin Rəhimovun və Samir Sadiqovun çıxışları olub.

Joomla 1.5