28.12.2015.Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi əsgərlərlə görüş keçirmişdir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi hər il olduğu kimi, bu il də 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində hərbi hissədə olub, şəxsi heyətlə görüşüb, hərbi xidmətdə olan əsgərlərə bayram sovqatı təqdim etmişlər. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov əsgər və zabit heyətini salamlamış, həmrəylik günü barədə məlumat vermişdir. Bildirmişdir ki, bu gün dünyanın 70-dən çox ölkəsində Azərbaycan diasporu tərəfindən mütəşəkkil şəkildə qeyd olunan bu bayram Azərbaycan xalqının milli birlik simvoludur. Bu əlamətdar bayram, bütün dünya azərbaycanlılarının vahid və müstəqil Azərbaycan dövləti ətrafında həmrəylik təşkil etməsi zərurətindən yaranıb. Həmrəylik Günü bütövlük və suverenliyin vacib formulu olan xalq-ordu birliyinin də əsasını təşkil edir.

Elnur Məmmədov çıxışının sonunda muxtar respublikada  sülh və əmin-amanlığı, müstəqil dövlətimizin ərazi bütövlüyünü və sərhədlərini qoruyan əsgərləri bayram münasibətilə təbrik etmiş, yeni ildə onlara can sağlığı, müvəffəqiyyətlər arzulamışdır,

Sonra gətirilmiş bayram sovqatı hərbiçilərə təqdim olunmuşdur.

Joomla 1.5