15.12.2015.Babək rayonunda maarifləndirici tədbir keçirilib.

ÇapE-poçt

Dekabrın 15-də Babək rayonunun Qoşadizə qəsəbəsində Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Miqrasiya  Xidməti tərəfindən Babək Rayon Polis Şöbəsinin əməkdaşları və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətlər, onların ölkəmizdə işə cəlb olunması və respublikamızda əmək miqrasiyasının hüquqi tənzimlənməsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmizdə mövcud olan siyasi sabitliyin, insan hüquq və azadlıqlarının təmin olunmasının nəticəsində uzun müddətli məqsədlərlə yaşamağı arzu edərək ölkəmizə miqrasiya edənlərin sayında artım müşahidə olunur. Bunun üçün də əcnəbilərin müvafiq icazələr almasına ehtiyac yaranır ki, bu məsələlər də Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından Rahib Kərimovun, Şahin Nəbiyevin, Kənan Məmmədovun çıxışları dinlənilib.

Joomla 1.5