12.12.2015.Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilmişdir.

ÇapE-poçt

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar  Naxçıvan Muxtar Respublikası  Dövlət Miqrasiya Xidmətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Xidmət əməkdaşları ilk öncə ulu öndərin abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra Anım Mərasimi Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında davam etdirilmişdir.

Xidmət rəisi Fazil Ələkbərov çıxış edərək, çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan, hələ sağlığında ikən zəmanəmizin canlı əfsanəsinə çevrilən Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən,  Azərbaycanın hüdudlarından kənara çıxan misilsiz xidmətlərindən danışmışdır. Xidmət rəisi bildirmişdir ki, Ümummilli lider, Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin 12 il bundan öncə dünyasını dəyişməsinə baxmayaraq, onun əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və əbədi yaşayacaqdır. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın respublikamızın çiçəklənməsində, dünya arenasında tanınmasında, inkişafında böyük rolu danılmazdır. Dahi şəxsiyyətin sağlığında ikən bütün sahələrə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, bu gün hamı Ümummilli Lideri ən gözəl xatirələrlə anır.

Xidmət rəisi çıxışının sonunda “Bu gün bizim hər birimiz–miqrasiya orqanlarında çalışan hər bir əməkdaş Heydər Əliyev ideyalarını, onun siyasi və dövlətçilik fəaliyyətini dərindən öyrənməli və dərk etməlidir.” – deyə vurğulamışdır.

Sonra Ulu öndərin Naxçıvan səfərlərinə həsr olunmuş “Heydər Əliyev və Naxçıvan” adlı sənədli film nümayiş etdirilmişdir.

Joomla 1.5