12.12.2015.“Muzey günləri” davam etdirilir.

ÇapE-poçt

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan şəhərində yerləşən  Xatirə muzeyində olmuşlar.

Xatirə kompleksinə baxış zamanı bildirilmişdir ki, Muzey 2000-ci ildə yaradılıb və 2014-cü ildən yeni binada fəaliyyət göstərir. Muzeydə ümumilikdə 400-ə yaxın eksponat saxlanılır. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.

Joomla 1.5