08.12.2015. Elektron xidmətlərin səmərəli təşkili, təkmilləşdirilməsiylə bağlı görüş keçirilib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi” mövzusunda görüş keçirilib.

Turizm və Otelçilik sahəsi üzrə fəaliyyət göstərən hüquqi şəxslərin iştirak etdiyi tədbiri giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin Əməkdaşı Əfqan Əliyev açaraq elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsindən, dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərdə şəffaflığın və keyfiyyətinin artırılmasından danışıb.

Tədbirdə xidmətin əməkdaşlarından Aysel Əliyevanın, Rahib Kərimovun və Sadiq Qasımovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi yaradılıb. Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə 9 xidmət növü müəyyənləşdirilib. Hər bir xidmət növü üzrə inzibati reqlamentlər hazırlanıb və Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi üzərində yerləşdirilib. İnzibati reqlamentlərdə əsasən göstəriləcək hər bir xidmət növünün interaktiv və ya informativ olması, sənədləşmələr və  hüquqi əsasları göstərilir.

Sonra Xidmətin elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı slayd nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Joomla 1.5