30.11.2015. Əmək miqrasiyası və qaçqın məsələlərinə dair təlim keçirilib.

ÇapE-poçt

Noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əmək miqrasiyası və qaçqın məsələləri”nə dair təlim keçirilib. Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının, Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və  Ombudsman aparatının əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov bildirib ki, Azərbaycan dövlətinin inkişafının yeni mərhələsində bütün sahələr kimi, miqrasiya sahəsində də köklü keyfiyyət dəyişikliyi baş verib. Ölkəmizin regionda və dünyada inkişafın lideri mövqeyinin beynəlxalq miqyasda qəbul edilməsi, dövlət başçısı tərəfindən təmin edilən investisiya cəlbediciliyinin, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, siyasi sabitliyin bərqərar olunması respublikamızı həm də miqrantlar üçün cəlbedici məkana çevirib.

Təlim zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin digər əməkdaşlarının çıxışlarında əmək miqrasiyasının tənzimlənməsi prosesində yaranan problemlərin həlli üsullarından, qaçqınlıq və bu sahədə yaranan problemlərin həlli yollarından, beynəlxalq aləmdə qaçqın məsələlərindən söhbət açılıb, videoçarx vasitəsilə bu sahələrdə dünyada və Azərbaycanda mövcud vəziyyət diqqətə çatdırılıb.

Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Joomla 1.5