14.11.2015.Bəhruz Kəngərlinin ev muzeyinə baxış.

14.11.2015.Bəhruz Kəngərlinin ev muzeyinə baxış.

ÇapE-poçt

Nоyabrın 14-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Bəhruz Kəngərlinin ev muzeyində olmuşdur.

Məlumat verilmişdir ki,  Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri, təsviri sənətimizdə realist dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmışdır. Burada  411 eksponat qorunub saxlanılır və nümayiş etdirilir ki, bunların da 56-sı rəssamın əsərlərinin orijinalı, qalanları isə əsərlərinin fotosurətlərindən, habelə ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət əşyalarından və digər materiallardan ibarətdir.

Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır.

Joomla 1.5