17.10.2015. “Muzey günləri” davam etdirilir.

17.10.2015. “Muzey günləri” davam etdirilir.

ÇapE-poçt

Oktyabrın 17-də Dövlət Miqrasiya Xidmətinin kollektivi “Muzey günləri ” ənənəsini davam etdirərək Cəlil Məmmədquluzadənin ev muzeyində olmuşlar.

Muzeylə tanışlıq zamanı məlumat verilmişdir ki, muzey ümumilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradılmışdır. Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədləri, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır.

Sonda Dövlət Miqrasiya Xidmətinin kollektivi muzey əməkdaşları ilə birgə xatirə fotoşəkilləri çəkdirmişlər.

Joomla 1.5