12.09.2015. Hüseyn Cavidin Ev Muzeyinə baxış

ÇapE-poçt

Sentyabrın 12-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Hüseyn Cavidin ev muzeyi və xatirə kompleksində olmuşdur.

Məlumat verilmişdir ki, H.Cavidin ev muzeyi 1981-ci ildə romantik Azərbaycan ədəbiyyatının banisi Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə təşkil olunmuşdur. Fondunda 8456 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və  proqramları, müxtəlif xatirə və ev əşyaları və s. var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri, xatirələri də nümayiş etdirilir. Burada Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri qoyulub.

Joomla 1.5