24.08.2015.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün kurslara başlanılıb

24.08.2015.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün kurslara başlanılıb

ÇapE-poçt

Avqust ayının 19-dan etibarən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tariximizin, mədəniyyətimizin və miqrasiya sahəsində qanunvericiliyin öyrədilməsi üçün kursların keçilməsinə başlanılıb.

Xidmətin inzibati binasında təşkil olunan məşğələlərdə Azərbaycanın tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti, Azərbaycan xalqının bədii təfəkkürü və yaradıcılığı ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi və s. haqda tədbir iştirakçılarına məlumatlar verilib, muxtar respublikada fəaliyyət göstərən bir sıra muzeylərə ziyarətlər təşkil olunub.

Sentyabr ayının 1-dək keçiləcək kursun növbəti məşğələlərində xalqımızın adət-ənənələri, turizm imkanları və tarixi abidələri, dövlətçilik tariximiz, ulu öndərimizin dövlətçilik tariximizdəki rolu haqda iştirakçılara məlumat veriləcək, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, olduğu yer üzrə qeydiyyatı, müvəqqəti yaşama, daimi yaşama və iş icazələrinin verilməsi qaydaları barədə söhbət açılacaq.

Joomla 1.5