22.07.2015. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

ÇapE-poçt

İyul ayının 22-də Naxçıvan Muxtar Respublikası Dövlət Bayrağı Muzeyində müsabiqə yolu ilə miqrasiya orqanlarında  qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların təntənəli andiçmə mərasimi keçirilmişdir.

Gənc əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasina sadiq olacaqlarına, Konstitusiyamıza və digər qanunlara ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərərsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içmişlər.

Andiçmə mərasimində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərov andiçmə münasibətilə gənc əməkdaşları təbrik etmiş, Xidmətdə aparılan islahatlar barədə məlumatlar vermiş, Xidmətin xüsusiyyətlərini nəzərə çatdırmış və onlara gələcək işlərində uğurlar diləmişdir.

Andiçmə mərasimindən sonra gənc əməkdaşlar dövlət rəmzlərimizin tariximizdəki yeri, atributların mahiyyəti və əhəmiyyətini geniş təbliğ edən Dövlə Bayrağı Muzeyindəki eksponatlarla tanış olmuşlar.

Joomla 1.5