11.07.2015. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “ Xan Sarayı” Dövlət Tarix Memarlıq Muzeyində olmuşlar.

11.07.2015. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “ Xan Sarayı” Dövlət Tarix Memarlıq Muzeyində olmuşlar.

ÇapE-poçt

Muzeylərlə əlaqələrin daha mütərəqqi yollarla inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il 19 dekabr tarixdə “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama uyğun olaraq, Naxçıvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan kollektivlər müxtəlif muzeylərdə olur, burada onlara tarixi keçmişimizin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlar, eləcə də görkəmli şəxsiyyətlərimizin həyat və fəaliyyətləri barədə ətraflı məlumatlar verilir. Bu tədbirlərin davamı kimi, iyul ayının 11-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi “Xan Sarayı” Dövlət Tarix Memarlıq Muzeyində olmuşlar.

Muzeylə tanışlıq zamanı məlumat verilmişdir ki, Azərbaycanın tarixi şəhərlərindən biri olan Naxçıvan öz tarixi abidələri ilə çox məşhurdur. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Araşdırmaların nəticəsi olaraq demək olar ki, saray 1780-ci ildə inşa edilmişdir.

Qeyd edilmişdir ki, Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. İndiyədək Xan evi kimi tanınan sarayda böyük həcmdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Hazırda 9 ekspozisiya zalından ibarət olan muzeydə 300-dən çox eksponat nümayiş olunur. Eksponatlar içərisində arxiv sənədləri və fotoşəkillər çoxluq təşkil edir.

Joomla 1.5