20.06.2015.Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə baxış.

ÇapE-poçt

İyunun 20-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olmuşdur. Məlumat verilmişdir ki, мuzey 1966-cı ildə yaradılmışdır.  18 min 674 eksponatı var. Fondunda çox əsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmaları, tətbiqi və  təsviri sənət nümunələri, qədim və  müasir kitablar, qəzet və  jurnallar, xatirə əşyaları və  digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir. Bildirilmişdir ki, ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və  heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər – afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də  vardır.

Joomla 1.5