23.05.2015. “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.

ÇapE-poçt

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi tərəfindən Naxçıvan Dövlət Tarix Muzeyinə baxış keçirilmişdir.

Məlumat verilmişdir ki, muzey 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılmış, sonrakı illərdə Tarix-Ölkəşünaslıq Muzeyi adlandırılmış və 1968-ci ildən indiki adını daşımağa başlamışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan muzeyləri, o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocaqları, həm də elmi-tədqiqat bazaları kimi fəaliyyət göstərməyə başlayır,onların əlaqələri genişləndirilir.

Muzeydə çoxəsrlik Azərbaycan tarixini əks etdirən qiymətli əşyalar, tətbiqi və təsviri sənət nümunələri, qədim dövrə aid zinət əşyaları, məişət əşyaları və s. digər materiallar mühafizə olunur. Ekspozisiyada Azərbaycanın görkəmli şəxsiyyəti ulu öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən guşələr və fotoşəkillər də nümayiş olunur. Qeyd olunmuşdur ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycan tarixinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.

Joomla 1.5