16.04.2015. Naxçıvan Biznes Mərkəzində sahibkarlar və işəgötürənlərlə “Azərbaycan Respublikasında əmək miqrasiyasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib.

16.04.2015. Naxçıvan Biznes Mərkəzində sahibkarlar və işəgötürənlərlə “Azərbaycan Respublikasında əmək miqrasiyasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib.

ÇapE-poçt

Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatcılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlar və işəgötürənlərlə “Azərbaycan Respublikasında əmək miqrasiyasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir kecirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov çıxış edərək bildirib ki, son 20 ildə muxtar respublikada sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət tarazlı və davamlı inkişaf üçün başlıca təkanverici qüvvə olub, regionda iqtisadi fəallıq yüksə- lib, sahibkarların normal fəaliyyəti üçün əlverişli biznes mühiti yaradılıb. Müxtəlif peşə istiqamətləri üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi üçün muxtar respublikanın əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsi vacib hesab olunur. Bu məqsədlə işəgötürənlərdən alınmış məlumatlara əsasən, 2015-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq proqnoz tərtib olunaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edilib, müvafiq qərarla 2015-ci il ərzində muxtar respublika ərazisində əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 700 nəfər müəyyənləşdirilib. 2015-ci il üçün də sahibkarlıq sahəsində aparılan yoxlamaların illik planı hazırlanaraq təsdiq edilib. Hazırda bu plan əsasında tədbirlər həyata keçirilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye nazirinin müavini Anar Əhmədov və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyevin çıxışlarında qeyd olunub ki, müəssisələr işə cəlb etdikləri miqrantları yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan miqrantlarla əmək müqaviləsinin bağlanmasına yol verilmir.Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, əmək miqrasiyası ilə bağlı statistik göstəricilər slayd vasitəsi ilə nümayiş etdirilib.

Joomla 1.5