21.02.2015. Açıq Səma Altında muzeylə tanışlıq.

21.02.2015. Açıq Səma Altında muzeylə tanışlıq.

ÇapE-poçt

Bəşər  sivilizasiyasının  ilk beşik­lərindən olan Naxçıvan torpağının qədim tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının  Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam etdirilir.
Fevralın 17-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası  Dövlət Miqrasiya Xidmətinin  kollektivi Açıq Səma Altında Muzeydə olmuşlar. Məlumat verilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamı əsasında yaradılmışdır.

Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yerləşən muzeyin üç hektara yaxın ərazisi var. XII əsrin yadigarı, Naxçıvan memarlıq məktəbinin dəyərli nümunəsi olan Möminə xatın türbəsi də bu ərazidədir. Açıq Səma Altında Muzeyin ekspozisiyası müxtəlif növ daşlardan hazırlanmış qoç fiqurları, qədim daş kitabələr, qəbirüstü daşlar, sütun altlıqları və digər eksponatlardan ibarətdir. Buradakı daş qoç, şir fiquru, sənduqə, zəyərəkdaşı, sinədaşı, dibəkdaşı və onlarla digər eksponatlar xalqımızın tarixi yaddaşını özündə əks etdirir. Muzeydə eramızdan əvvəl IV-I min­illiyə aid olan Gəmiqaya abidəsindən gətirilmiş və Tunc dövrünə aid qayaüstü rəsmlər də nümayiş etdirilir.

Joomla 1.5