24.02.2015. Dövlət Miqrasiya Xidməti toplu SMS xidmətindən istifadə etməklə müraciətlərin cavablandırılmasının operativliyini artırmişdir.

24.02.2015. Dövlət Miqrasiya Xidməti toplu SMS xidmətindən istifadə etməklə müraciətlərin cavablandırılmasının operativliyini artırmişdir.

ÇapE-poçt

Dövlət Miqrasiya Xidməti Naxtel Şirkətinin toplu SMS xidmətindən istifadəyə başlayıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edən hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxsin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının elektron müraciətlərinə uyğun cavablandırma onların mobil telefonlarına ünvanlandırıla biləcək. Bu isə nəticə etibarı ilə elektron müraciətlərin cavablandırılmasının operativliyini daha da artıracaq.

Bu sistemin qurulması ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti məktub və faks kimi zəhmətli vasitələr yerinə daha sürətli ötürücü vasitə olan-SMS xidmətindən istifadə edəcək. Bu xidmətin fəaliyyətə başlamasının üstün tərəflərindən biri də odur ki, SMS göndərilən şəxsin mesajı aldığından əmin ola bilinir, çünki mobil telefonlara göndərilən mesajların oxunmadan silinmə ehtimalı çox aşağıdır.

Hazırda internet üzərində istifadəyə verilən bu sistem vasitəsilə Dövlət Miqrasiya Xidmətinin ( Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ) - elektron poçt ünvanına daxil olan müraciətlərə müvafiq bildirişlər-onların mobil telefonlarına qısa mesaj şəklində göndərilir.


Joomla 1.5