19.02.2015. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 2014-cü ilin yekunlarına dair müşavirə keçirilib.

19.02.2015. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 2014-cü ilin yekunlarına dair müşavirə keçirilib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ötən ilin yekunlarınа dair muşavirə keçirilmişdir. İclası Хidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov açaraq məruzə ilə çıxış edib. Bildirib ki, muxtar respublika ərazisinə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi məqsədilə ötən ilin sentyabr ayının 20-dən etibarən sərhəd-buraxılış məntəqələrinin giriş istiqamətlərində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları fəaliyyət göstərməyə başlayıblar. Bu da əcnəbilərin, eləcə də onları qəbul edən şəxslərin uzaq məsafə qət etmədən və vaxt itkisi olmadan rahat şəkildə sərhəd-buraxılış məntəqələrində olduğu yer üzrə qeydiyyata alınmasına şərait yaradır. Ötən il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi hazırlanaraq istifadəyə verilib. Bəhs olunan dövrdə muxtar respublikanın müxtəlif rayon və kəndlərində miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib. Xidmət rəisi qeyd edib ki, bu dövr ərzində muxtar respublika ərazisində fəaliyyət göstərən işəgötürənlərlə əmək miqrasiyası sahəsində hüquqi maarifləndirici görüşlər keçirilib. Bununla yanaşı, miqrasiya sahəsində hüquqi maarifləndirici videoçarxlar hazırlanaraq Naxçıvan televiziyasında və Naxçıvan şəhərinin müxtəlif ünvanlarında yerləşən monitorlarda mütəmadi olaraq nümayiş etdirilib və xidmətin rəsmi internet səhifəsində yerləşdirilib. Hesabat dövrü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsində müvafiq qanunvericiliyi özündə əks etdirən elektron köşklər hazırlanaraq sərhəd buraxılış məntəqələrinin ölkəyə giriş istiqamətində yerləşdirilib. 2014-cü il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz əmək miqrasiyasının qarşısının alınması və iş icazələrinin qüvvədə olma qaydalarına nəzarət etmək məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən tikinti və emal sənayesi sahələrində mütəmadi olaraq yoxlamalar aparılıb. Həmçinin hesabat dövrü ərzində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirilib. 2014-cü il ərzində muxtar respublika ərazisində müvafiq qaydalara əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozan 344 əcnəbi aşkarlanıb. Aşkarlanmış əcnəbilərdən 114-ü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, cərimə-inzibati tənbeh növü tətbiq edilib, 208-i 48 saat müddətində, 22-si isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb. Ötən il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı Xidmətə, ümumilikdə, 16295 müraciət daxil olub. Həmin müraciətlərdən 12998-i şəxsən, 1767-si mehmanxana qeydiyyatı altsistemi, 1530-u isə elektron poçt  vasitəsi ilə qəbul edilib. “Hesabat dövründə Xidmətə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 754 müraciət, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı  8 müracət, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 161 müraciət daxil olub”, - deyən Fazil Ələkbərov bildirib ki, bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi ilə bağlı işəgötürənlər tərəfindən 236 müraciət edilib. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən dövlət büdcəsinə, ümumilikdə, 244765 manat məbləğində pul vəsaiti köçürülüb. Sonra məruzə ətrafında çıxışlar olub, ötən ildə görülən işlər slaydlar vasitəsilə iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Joomla 1.5