12.02.2015. “Əhalinin beynəlxalq miqrasiyasının əsas mərhələləri, istiqamətləri və readmissiya idarəçiliyi”nə dair təlim kursu keçirilmişdir.

ÇapE-poçt

12 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Duzdağ otelində “Əhalinin beynəlxalq miqrasiyasının əsas mərhələləri, istiqamətləri və readmissiya idarəçiliyi”nə dair təlim kursu keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə keçirilən təlim kursunda muxtar respublikanın digər dövlət orqanlarının - Naxçıvan MR Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Sərhəd Xidmətinin 2001-saylı Hərbi Hissəsinin, Milli Təhlükəsizlik Nazirliyinin,  Naxçıvan Muxtar Respublikası Prokurorluğunun bir qrup əməkdaşı və Naxçıvan MR Ali Məclisinin nümayəndəsi iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov təlim kursunun keçirilməsinin əhəmiyyətindən danışmışdır. Elnur Məmmədov bildirmişdir ki, Bugün bu tədbirin keçirilməsi, orqanların öz təcrübələrinin bölüşdürülməsi, müqayisəli təhlillərin və qarşılıqlı fikir mübadiləsinin aparılması, readmissiya, qeyri-qanuni miqrasiya və  miqrasiya sahəsində olan digər  problemlərin öyrənilməsi və həlli istiqamətində yeni bir töhfə olacaqdır.

Tədbirdə Naxçıvan MR Ali Məclisinin əməkdaşı İsmayıl Qəriblinin ölkəmizdə gedən miqrasiya prosesləri  ilə bağlı çıxışı olmuşdur.

Daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Rahib Kərimovun əhalinin beynəlxalq miqrasiyasını yaradan və onun inkişafına təsir edən amillər və readmissiya idarəçiliyi, Xidmətin digər əməkdaşı Zakir Məmmədovun isə qeyri – qanuni miqrasiya və onun qarşısının alınması ilə bağlı çıxışları olmuşdur. Xidmətin hər iki əməkdaşı mövzularla bağlı slaytlar təqdim etmişdir. Təqdim edilmiş slaytlar tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, qeyd olunan mövzular barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.


Joomla 1.5