03.02.2015. İctimai yerlərdə qurulan monitorlarda maarifləndirmə məqsədilə videoçarxların nümayişinə başlanılıb.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ictimai yerlərdə qurulan monitorlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının hüquqi maarifləndirilməsi məqsədilə videoçarxların nümayişinə başlanılıb. Videoçarxlarda əsasən qanunsuz miqrasiyanın yolverilməzliyi və fəsadları, qanuni miqrasiyanın faydaları, miqrantların ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması məsələsi öz əksini tapıb. Bundan başqa, muxtar respublikada olmaq, yaşamaq, əmək fəaliyyətinin qanuniləşdirilməsi üçün hər bir əcnəbinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməsinin vacibliyi də videoçarxlarda yer alıb.

Joomla 1.5