15 11.2014 . Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar.

ÇapE-poçt

Noyabrın 15- də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və əməkdaşları tarixi yaddaşın, etnomədəniyyət salnaməsinin, milli təfəkkür və mənəvi dəyər fəlsəfəsinin ehtiva olunduğu əvəzsiz nümunələrin mühafizə olunması məqsədilə yaradılmış Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar. Müzey əməkdaşları tərəfindən məlumat verilmişdir ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində mühüm addımlar atılmış, mədəni irsimizin qorunması məqsədilə əhəmiyyətli tədbirlər görülmüşdür.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq  sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaratmışdır. Həmçinin muxtar respublikada xalçaçılıq sənətinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərancamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunmuş, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulmuşdur. Hazırda muzeydə 3246 eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində də müəyyən tədbirlər görülür.

Joomla 1.5