28.10.2014. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə miqrasiya sahəsində maarifləndirici tədbir keçirilib.

ÇapE-poçt

28 oktyabr 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında  fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə miqrasiya sahəsində maarifləndirici tədbir keçirilib.

Dövlət   Miqrasiya  Xidmətinin inzibati  binasında təşkil edilən  tədbirdə Naxçıvan Muxtar  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin əməkdaşları tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan   Respublikasında   olduğu  yer  üzrə  qeydiyyatı, əmək miqrasiyası və  onun  hüquqi  tənzimlənməsi   ilə bağlı çıxışlar olmuşdur.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bildirilib ki, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

Çıxışlar dinlənildikdən  sonra  iş icazəsinin verilməsi və onun müddətinin uzadılması ilə bağlı müraciətlər, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  Azərbaycan   Respublikasında   olduğu  yer  üzrə  qeydiyyatı ilə bağlı elektron müraciətlər üzrə nöqsanlar müzakirə edilmiş, bu barədə məlumat mübadiləsi aparılmış, işəgötürənlər tərəfindən yol verilən nöqsanların aradan qaldırılması məqsədilə hüquqi məlumatlar verilmişdir. Həmçinin tədbir  iştirakçılarını  maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən geniş şəkildə cavablandırılmışdır.



Joomla 1.5