11 oktyabr 2014-cü il. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “ Xan Sarayı” Dövlət Tarix Memarlıq Muzeyində olmuşlar.

11 oktyabr 2014-cü il. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “ Xan Sarayı” Dövlət Tarix Memarlıq Muzeyində olmuşlar.

ÇapE-poçt

Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və əməkdaşları, mərkəzi icra hakimiyyəti orqanları üçün tərtib olunmuş “ Muzey günləri ” ilə əlaqədar cədvələ uyğun olaraq Naxçıvan Muxtar Respublikası “Xan Sarayı” Dövlət Tarix Memarlıq Muzeyində olmuşlar.

Muzey əməkdaşları tərəfindən məlumat verilmişdir ki, Ulu Öndərin belə bir kəlamı da yaddaşlarda yaşayır: "Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları kimi Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar". Bu, Ümummilli Lider tərəfindən Naxçıvan xanlığının  tarixinə verilən qiymət olub.

Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, Naxçıvan xanlığının fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. O dövrdə Naxçıvana rəhbərlik etmiş xanlar içərisində Kalbalı xanın, onun övladlarının xidmətləri xüsusilə qeyd edilməlidir. Xan sarayı da məhz bu dövrdə inşa olunub.

1820-ci ildən sonra Kalbalı xanın oğlanları Ehsan xan və İsmayıl xan bu  binada Naxçıvan xanlığını idarə etmişlər. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulmuşdur.

Onu da qeyd edək ki, 9429 kvadrat kilometr ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, torpaqlarımızın qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir. Naxçıvan xanlığı ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilmiş, 1918-20-ci illərdə isə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülmüşdür.

Təbii ki, Naxçıvan xanlığının fəaliyyəti təkcə siyasi müstəvidə Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrlə bitmir. Eyni zamanda, Naxçıvan xanlığı böyük dövlət xadimləri, sərkərdələr yetişdirmişdir. Tək bir nəsildən 6 generalın, bir çox ictimai xadimin yetişməsi bu sülalənin - Kəngərlilərin Azərbaycanın tarixində nə qədər böyük yeri və rolu olduğunun göstəricisidir.

Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli sərəncamı ilə "Xan sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. İndiyədək Xan evi kimi tanınan sarayda böyük həcmdə əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Az vaxt ərzində müəssisənin normal fəaliyyəti üçün lazımi arxiv materialları və digər sənədlər toplanaraq muzeyə təhvil verilib.

Hazırda 9 ekspozisiya zalından ibarət olan muzeydə 300-dən çox eksponat nümayiş olunur. Eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər çoxluq təşkil edir. Naxçıvan xanlarının şəcərə cədvəli, Naxçıvan xanlığının xəritəsi də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Burada nümayiş etdirilən müxtəlif kitablarda Naxçıvan xanlığının tarixi barədə ətraflı məlumatlar verilir.

Joomla 1.5