12 sentyabr 2014-cü il. Babək rayonunun Cəhri kəndində maarifləndirici tədbir təşkil olunmuşdur.

ÇapE-poçt

Sentyabr ayının 12-də Babək rayonunun Cəhri kəndində Naxçıvan Muxtar Respublikası Dövlət   Miqrasiya   Xidmətinin əməkdaşlarının  iştirakı   ilə maarifləndirici  tədbir  keçirilib. Yığıncağı Хidmət rəisinin müavini Elnur Məmmədov  açaraq  miqrasiya  xidməti  sahəsində muxtar respublikada görülən işlərdən danışıb, bu cür  maarifləndirici tədbirlərin  əhəmiyyətindən bəhs edib. Naxçıvan  Muxtar  Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru  Rahib  Kərim­ov   “Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin Azərbaycan  Respublikasında  olduğu yer üzrə qeydiyyatı” mövzusunda çıxış  edib. Bildirilib ki, Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, xəstəxana, sanatoriya, istirahət yeri, turist bazası və sair)  müdiriyyəti  və  ya mənzilin, digər yaşayış sahəsinin  sahibi  həmin şəxsin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun  pasportunun  surətini  müvafiq  icra  hakimiyyəti orqanına elektron poçt vasitəsilə və ya şəxsən təqdim etməlidir. Ərizə daxil olduqdan sonra Dövlət Miqrasiya Xidməti dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə  məlumatları  Vahid  Miqrasiya  Məlumat Sisteminə daxil etməklə onu olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

Qeyd olunub ki, əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan  şəxslər  olduğu  yerdən getdikdə qəbul edən tərəf və  ya  şəxs  özü  bu  barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat  müddəti başa çatdıqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  qeydiyyatdan çıxarılmış hesab edilirlər. Əcnəbi və ya vətəndaşlığı  olmayan  şəxs  olduğu yeri dəyişdikdə, o, qanunla müəyyən edilmiş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Sonra  Naxçıvan  Muxtar  Respublikası  Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Zakir Məmmədovun “Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi” və xidmətin inspektoru Nurlan Tağıyevin  “Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi” mövzularında çıxışları olub. Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov yekun vurub.

Joomla 1.5