13 sentyabr 2014-cü il. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olmuşlar.

ÇapE-poçt

Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və əməkdaşları, mərkəzi icra hakimiyyəti orqanları üçün tərtib olunmuş "Muzey günləri" ilə əlaqədar cədvələ uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olmuşlar. Muzey əməkldaşları tərəfindən мəlumat verilmişdir ki, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən, 47 il bundan əvvəl fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi görkəmli ədiblərimizin həyat və yarаdıcılığının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərir. Böyük yazıçı, mütəfəkkir, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin adını daşıyan Ədəbiyyat Muzeyinin açılışı 1967-ci il iyun ayının 12-də Naxçıvan şəhərində olmuşdur.

Muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli  əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər materiallar mühafizə olunur. Ekspozisiyada Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələr vardır. Muzeyə gələnlər naxçıvanlı şair və yazıçıların yaradıcılıqları ilə də tanış ola bilərlər. Həmçinin muzeyin ekspozisiyasında Naxçıvan teatrının tarixinə aid sənədlər, görkəmli sənətkarların yaradıcılığını əks etdirən fotoşəkillər də nümayiş olunur.

Joomla 1.5