05 sentyabr 2014. Naxçıvan Muxtar Respublikasına daxil olmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu köşklər vasitəsilə məlumatlandırılırlar.

05 sentyabr 2014. Naxçıvan Muxtar Respublikasına daxil olmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu köşklər vasitəsilə məlumatlandırılırlar.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsində maarifləndirmə tədbirlərinin müxtəlif istiqamətlərdə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Culfa, Şahtaxtı və Sədərək sərhəd buraxılış məntəqələrində yerləşən miqrasiya bölmələrində elektron məlumat köşkləri yerləşdirilmişdir. Hazırda Naxçıvan Beynəlxalq Hava limanında  da elektron məlumat  köşkünün yerləşdirilməsi və istifadəyə verilməsi üçün hazırlıq işləri aparılır.

Dövlət Miqrasiya Xidmətinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə zəruri məlumatların birbaşa çatdırılması məqsədilə sərhəd buraxılış məntəqələrində quraşdırdığı, ekranı sensorla idarə olunan elektron məlumat köşkləri böyük əhəmiyyət kəsb edir. Belə ki, köşklərdə 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) yerləşdirilmiş bütün məlumatlar səslə də ifadə olunur.

Eyni zamanda elektron məlumat köşklərində Dövlət Miqrasiya Xidmətinin göstərdiyi xidmət növləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumları da öz əksini tapmışdır.

Elektron köşklərdə, əcnəbi və vətəndaşlığı olmayan şəxsləri maarifləndirmək məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş aşağıdakı məlumatlar yerləşdirilmişdir:

- Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı;

- Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması;

- Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi;

- Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi;

- Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazəsinin verilməsi.

Joomla 1.5