16 avqust 2014. Muxtar respublikada "Muzey günləri"

16 avqust 2014. Muxtar respublikada "Muzey günləri"

ÇapE-poçt

Muxtar respublikada mərkəzi icra hakimiyyəti orqanları üçün tərtib olunmuş "Muzey günləri" ilə əlaqədar cədvələ uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar. Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.

Məlumat verilmişdir ki, 1924-cü ildən başlayaraq tariximizin öyrənilməsi və təbliğinə başlayan Naxçıvan Dövlət Tarix Muzeyinin uğurla fəaliyyəti 1969-cu ildən sonrakı dövrə təsadüf edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan muzeyləri, o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocaqları, həm də elmi-tədqiqat bazaları kimi fəaliyyət göstərməyə başlayır,onların əlaqələri genişləndirilir.

Muzeydə çoxəsrlik Azərbaycan tarixini əks etdirən qiymətli əşyalar, tətbiqi və təsviri sənət nümunələri, qədim dövrə aid zinət əşyaları, geyimləri, məişət əşyaları və s. digər materiallar mühafizə olunur. Ekspozisiyada Azərbaycanın görkəmli şəxsiyyəti ulu öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən guşələr də vardır. Müzeydə görkəmli şəxsiyyətin həyatını əks etdirən fotoşəkillər də nümayiş olunur. Qeyd olunmuşdur ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycan tarixinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.

Joomla 1.5