27 may 2014. Dövlət Miqrasiya Xidmətində sahibkarlarla görüş keçirilib.

ÇapE-poçt

27 may 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında  fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə miqrasiya sahəsində maarifləndirici tədbir keçirilib.

Dövlət   Miqrasiya  Xidmətinin inzibati  binasında təşkil edilən  tədbirdə Naxçıvan Muxtar  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin, Əmək və Əhalinin  Sosial  Müdafiəsi Nazirliyi  yanında  Dövlət  Məşğulluq   Xidmətinin  və  İqtisadiyyat və Sənaye  Nazirliyinin  əməkdaşları tərəfindən, əmək miqrasiyası və  onun  hüquqi  tənzimlənməsi , əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  Azərbaycan   Respublikasında   olduğu  yer  üzrə  qeydiyyatı,  əmək   ehtiyatlarından  səmərəli  istifadədə və peşəkar kadr hazırlığında Məşğulluq   Xidmətinin rolu,   Naxçıvan Muxtar Respublikasında əmək bazarı, onun tənzimlənməsi və iqtisadi mahiyyəti barədə çıxışlar olmuşdur.

Çıxışlarda qeyd  olunub ki,  18  yaşına  çatmış  əmək  qabiliyyətli  hər  bir əcnəbi və vətəndaşlığı olmayan şəxs onu işə  cəlb  edən  hüquqi  şəxslər,  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə  məşğul  olan  fiziki  şəxslər  və  xarici hüquqi  şəxslərin  filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.

Bildirilib ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Çıxışlar dinlənildikdən  sonra  tədbir  iştirakçılarını  maraqlandıran suallar Dövlət  Miqrasiya  Xidmətinin və digər  dövlət orqanlarının əməkdaşları tərəfindən geniş şəkildə cavablandırılmışdır.

Joomla 1.5