07 may 2014. Muxtar respublikamızın bütün bölgələrində maarifləndirmə tədbiri keçirilir.

ÇapE-poçt

Miqrasiya sahəsində növbəti hüquqi maarifləndirmə tədbirini keçirmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı bu dəfə Ordubad rayonuna üz tutmuşdur.

07 may 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun inzibati ərazi dairəsi üzrə kənd icra nümayəndəliklərinin rəhbər işçiləri, kənd bələdiyyə sədrləri və bir qrup rayon sakini iştirak etmişdir.

Tədbirdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə qanunsuz miqrasiyaya qarşı mübarizə haqqında söhbət açılmışdır.

Xidmətin əməkdaşları öz çıxışlarında əcnəbilərə və vətəndaşlığı olmayan  şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi, onların olduğu yer üzrə qeydiyyatı və  haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları qaydalarından danışmış və iştirakçılara bu sahədə qanunvericiliyin tələblərini izah etmişlər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Xidmət əməkdaşları tərəfindən geniş şəkildə cavablandırılmışdır.

Joomla 1.5