01 may 2014. Babək rayonunda ictimaiyyətin məlumatlandırılmasına dair tədbir keçirilmişdir

ÇapE-poçt

01 may 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Babək rayonunda miqrasiya sahəsində maarifləndirmə tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Babək rayon İcra Hakimiyyətinin əməkdaşlarının birgə iştirak etdiyi tədbirdə əcnəbilərin və vətəndaşlığı olmayan  şəxslərin hüquq və vəzifələrindən danışılmış və bu sahədə Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri iştirakçılara izah edilmişdir.

Tədbirdə Xidmət əməkdaşları tərəfindən, əcnəbilərin və vətəndaşlığı olmayan  şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması, müvəqqəti və daimi yaşaması, habelə  haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması istiqamətlərində çıxışlar olunmuşdur.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti səlahiyyətləri çərçivəsində miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi,  miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan  şəxslərə müvəqqəti və daimi yaşamaq üçün  icazələrin verilməsi, habelə ölkədə müvəqqəti olma müddətinin uzadılması, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir.

Təqribən 2 saata yaxın davam edən tədbirdə  iştirakçıları maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən geniş şəkildə cavablandırılmışdır.

Joomla 1.5