23 aprel 2014. İctimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi

ÇapE-poçt

Miqrasiya sahəsində növbəti hüquqi maarifləndirmə tədbiri Şahbuz rayonunda baş tutub.

23 aprel 2014-cü il tarixdə Şahbuz rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil edilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, rayonun inzibati ərazi dairəsi üzrə kənd icra nümayəndəliklərinin rəhbər işçiləri, kənd bələdiyyə sədrləri və rayon sakinləri iştirak etmişdir.

Tədbirdə Xidmət əməkdaşları tərəfindən, əcnəbilərin və vətəndaşlığı olmayan  şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması, müvəqqəti və daimi yaşaması, habelə əmək fəaliyyəti ilə məşğul olması istiqamətlərində çıxışlar olunmuşdur.

Qeyd olunmuşdur ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsinə, qanunsuz miqrasiyanın qarşısının alınmasına, onların ölkə ərazisinə qanuni şəkildə giriş-çıxış еtməsinə, ölkə ərazisində olma və yaşama qaydalarına riayət olunmasına nəzarət Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

Miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyətindən də bəhs edilən tədbirdə iştirakçıları maraqlandıran suallar Xidmət əməkdaşları tərəfindən geniş şəkildə cavablandırılmışdır.

Joomla 1.5