18 aprel 2014. Miqrasiya sahəsində maarifləndirici tədbirlər davam etdirilir

ÇapE-poçt

Kəngərli  rayonunda  Naxçıvan  Muxtar  Respublikası Dövlət Miqrasiya  Xidmətinin  təşkilatçılığı  ilə  miqrasiya  sahəsində   hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə edilmiş çıxışlarda aparılan uğurlu iqtisadi  siyasət  nəticəsində  muxtar  respublikamızda həyat səviyyəsinin yüksəldiyini və  bu  diyara  üz tutan əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ölkə ərazisində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya sahəsində mövcud qanunvericiliyi ilə məlumatlandırılması və bu istiqamətdə tədbirlərin mütəmadi təşkilinin zəruriliyini vurğulayıb.  Daha  sonra  Dövlət  Miqrasiya Xidmətinin  fəaliyyəti, miqrasiya proseslərinin tənzimlənməsində həyata keçirilən tədbirlər, qanunvericiliyə edilmiş müvafiq əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verilib. 
Tədbirdə  əcnəbilərin  və  vətəndaşlığı olmayan şəxslərin  Azərbaycan Respublikasında olduğu  yer  üzrə qeydiyyatı, onlara Azərbaycan  Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından danışılıb. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan şəxslərin məsuliyyəti barədə də söhbət açılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Joomla 1.5