07 mart 2014. Dövlət Miqrasiya Xidmətində mehmanxana nümayəndələri ilə görüş

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət  Miqrasiya Xidmətində muxtar respublika ərazisində lisenziya əsasında  fəaliyyət göstərən mehmanxanalarda  yaradılmış Vahid  Miqrasiya Məlumat Sisteminin mehmanxana modulu istifadəçiləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə   Xidmətin əməkdaşlarının  çıxışları  dinlənilib.  Çıxışlarda Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə, eləcə də mehmanxanalarda yerləşmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatlarının aparılması, Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiya edilmiş mehmanxana  modulu  vasitəsilə məlumat  mübadiləsinin həyata keçirilməsi  qaydaları  haqqında  tədbir  iştirakçılarına məlumat verilib. Bundan başqa, tədbirdə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması işində qeydiyyat prosedurlarının icrası zamanı yol verilən  nöqsanlardan  və həmin nöqsanların səbəb olduğu problemlərdən, bu sahədə mehmanxana əməkdaşlarının məsuliyyətindən danışılıb. 
Vurğulanıb ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi  vermiş  şəxslər  miqrasiya  sahəsində  qanunvericiliyin tələblərini pozmalarına görə  Azərbaycan  Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlərə cəlb edilirlər. 
Tədbirin sonunda mehmanxana modulu vasitəsilə məlumat mübadiləsinin həyata keçirilməsi qaydaları haqqında slayd nümayiş etdirilib.

Joomla 1.5