Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi ilə əlaqədar tələb olunan sənədlər

ÇapE-poçt

Azərbaycan Respublikasında yaşayan şəxslərdən tələb olunan sənədlər:

  • Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət ilə bağlı ölkə ərazisində yaşayan şəxslər tərəfindən doldurulan ərizə-anket – 1 ədəd;
  • 3x4 sm ölçüdə fotoşəkil - 2 ədəd;
  • Tərcümeyi-hal;
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti (notariat qaydada təsdiqlənmiş);
  • Yaşayış yeri üzrə qeydiyyatı barədə F-A kartının surəti (müvafiq icra hakimiyyətinin təsdiqi ilə);
  • 18 yaşınadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notariat qaydada təsdiqlənmiş);
  • Qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notariat qaydada təsdiqlənmiş).

Xarici ölkələrdə yaşayan şəxslərdən tələb olunan sənədlər:

  • Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət ilə bağlı xarici ölkələrdə yaşayan şəxslər tərəfindən elektron formada doldurulmalı olan ərizə-anket – 1 ədəd;
  • 3x4 sm ölçüdə fotoşəkil - 2 ədəd;
  • Tərcümeyi-hal;
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti (notariat qaydada təsdiqlənmiş);
  • 18 yaşınadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notariat qaydada təsdiqlənmiş);
  • Qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notariat qaydada təsdiqlənmiş).

 

Ərizə-Anket

 

Joomla 1.5