Dövlət rüsumları

ÇapE-poçt

 

Dövlət rüsumları haqqında

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə qərarların verilməsinə, müvəqqəti və ya daimi yaşamaq üçün müvafiq icazələrin verilməsinə və müddətlərinin uzadılmasına, Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə, o cümlədən Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə ödəniləcək dövlət rüsumları aşağıdakı məbləğlərdə müəyyən edilmişdir:

 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

30 günədək

30 manat

60 günədək

60 manat

 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

30 günədək

15 manat

60 günədək

30 manat

 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

3 ayadək

30 manat

6 ayadək

60 manat

1 ilədək

120 manat

1 il 6 ayadək

180 manat

2 ilədək

240 manat

2 il 6 ayadək

300 manat

3 ilədək

360 manat

 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

3 ayadək

15 manat

6 ayadək

30 manat

1 ilədək

60 manat

1 il 6 ayadək

90 manat

2 ilədək

120 manat

2 il 6 ayadək

150 manat

3 ilədək

180 manat

 

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

1 illik

40 manat

2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)

80 manat

 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə

300 manat

 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə

150 manat

 

 

Əcnəbiyə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə:

10 manat

 

Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə:

110 manat

 

Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə:

5 manat

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2010-cu il tarixli 85 nömrəli Qərarı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsinə və müddətlərinin uzadılmasına görə ödəniləcək dövlət rüsumu aşağıdakı məbləğdə müəyyən edilmişdir:

 

 

3 ayadək

250 manat

6 ayadək

420 manat

1 ilədək

700 manat


 


 

 

Joomla 1.5