Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyəti

ÇapE-poçt

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə - otuz manat miqdarında cərimə edilir.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikası ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:

  • Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına;
  • etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu və ya müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına;
  • işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmasına;
  • bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmək üçün qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməməsinə;
  • qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;
  • Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə—əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş vətəndaşlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməməsinə görə -üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

 

İşəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə -  vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək miqdarda cərimə edilir.

 

Joomla 1.5