Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Naxçıvan Muxtar Respublikasına gələn hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs özü və ya yaşayış sahəsi verən şəxs tərəfindən 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı elektron poçt vasitəsi ilə və ya şəxsən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmaları üçün aşağıdakı sənədlər tələb olunur:

Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket;

Əcnəbinin ölkə ərazisinə daxil olduğu pasportunun və ya onu əvəz edən sənədinin, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti;

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmaları üçün ərizə-anket formasını dolduraraq pasportlarının sürəti ilə bir yerdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin  Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron poçt ünvanına göndərməlidirlər. Qeydiyyata alınmaları ilə bağlı bildiriş almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyata alınmış hesab ediləcəklər.

Joomla 1.5