ƏMƏK MİQRASİYASI KVOTASI

ÇapE-poçt

Əmək miqrasiyası kvotası - il ərzində Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir.

Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir.

Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı nəzərə alınmaqla müəyyən edilir.

Hər il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Naxçıvan Muxtar Respublikasında əmək miqrasiyası kvotası təsdiq edilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-ci il 2 noyabr tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə məşğul olan əcnəbilərin 2017-ci il üçün müəyyən edilmiş əmək miqrasiyası kvotası 14 iqtisadi fəaliyyət sahəsindən və həmin sahələr üzrə 600 yerdən ibarətdir.

2017-cı ilin fevral ayının 1-dək kvotada nəzərdə tutulmuş 300 tikinti sektorundan 34-ü, 120 emal sənayesindən 3-ü, 30 topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsindən 2-si, 10 kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı sahəsindən 2-si, 20 mehmanxana və restoran xidməti sahəsindən 4-ü, 20 səhiyyə və sosial xidmət sahəsindən 3-ü, 20 digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi sahəsindən 1-i istifadə edilmişdir.

 

 

2017-ci il üçün nəzərdə tutulmuş əmək miqrasiyası kvotasına əsasən 2017-ci ilin fevral ayının 1-dək Naxçıvan  Muxtar Respublikası ərazisində  iqtisadi fəaliyyət sahələri üzrə sərf olunmuş yerlər barədə

MƏLUMAT

 

 

İqtisadi fəaliyyət sahələri

Kvota

Kvota üzrə sərf olunmuş  yerlərin  sayı

Kvota üzrə sərf olunmamış  yerlərin sayı

1

Mədənçıxarma sənayesi

20

-

20

2

Tikinti sektoru

300

34

266

3

Emal sənayesi

120

3

117

4

Elektrik enerjisi,qaz və suyun istehsalı

20

-

20

5

Topdan və pərakəndə satış,avtomobillərin,məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri

30

2

28

6

Nəqliyyat,anbar təsərrüfatı və rabitə

10

-

10

7

Kənd təsərrüfatı,ovçuluq və meşə təsərrüfatı

10

2

8

8

Maliyyə və sığorta

5

-

5

9

Mehmanxana və restoran xidməti

20

4

16

10

Təhsil

10

-

10

11

Səhiyyə və sosial xidmət

20

3

17

12

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar,icarə və istehlakçılara xidmət göstərilməsi

10

-

10

13

Digər кommunal,sosial və şəxsi xidmətlərin göstərilməsi

20

1

19

14

Balıqçılıq və balıq yetişdirmə

5

-

5

Cəmi:

600

49

551


 

Proqnoz-məlumat

Joomla 1.5