Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi ilə əlaqədar tələb olunan sənədlər

ÇapE-poçt

İş icazəsi almaq üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:

 

  • nümunəsi müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  ərizə-anket;
  • əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  pasportunun  və  ya  digər sərhədkeçmə sənədinin surəti;
  • əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  nəzərdə  tutulan  işi  yerinə yetirmək  üçün  tələb  edilən  ixtisasa malik  olduğunu  təsdiq  edən  sənədin  notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
  • Azərbaycan Respublikasının  ərazisində  başqa  əsaslarla  olan  əcnəbinin  və vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasının  ərazisində  qalmasına hüquq verən müvafiq sənədin surəti;
  • işəgötürən:

1.     hüquqi  şəxs  olduqda –  hüquqi  şəxsin  nizamnaməsinin  və  dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;

2.     fiziki  şəxs  olduqda –  fiziki  şəxsin  şəxsiyyətini  təsdiq  edən  sənədin  və fiziki  şəxsə  verilmiş  vergi  ödəyicisinin  uçota  alınması  haqqında  şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;

 

  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən  təsdiq  edilən  təhlükəli  yoluxucu  xəstəliklərin  siyahısında  nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış.

 

İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir.

 

 

Ərizə-Anket

Joomla 1.5